Rusiya Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə mənfi yanaşır

15:47 24 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 15:39 ]


Moskva. Fərid Əkbərov - APA. “Rusiya mayın 21-22-də Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə mənfi yanaşır”.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.

 

“Biz Riqada sammitinin necə keçəcəyini izləyəcəyik. Məlumdur ki, bizim reaksiyamız olduqca sərt və prinsipial olacaq. Çünki bu tərəfdaşlığın hansı istiqamətə yönəldiyini və Avropa İttifaqı tərəfindən bu proqram iştirakçılarının mövqeyinin hansı çalarlar aldığını görürük. Bu tərəfdaşlıq açıq-aydın anti-Rusiya istiqamətlidir. Sammitin yekunlarını gözləyək", - deyə Rusiya XİN xüsusi nümayəndəsi qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR