""Fənərbağça"nın Türkiyə Superliqasının qalibi olmasını istəyirəm"

""Fənərbağça"nın Türkiyə Superliqasının qalibi olmasını istəyirəm"
16:37 24 Aprel 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisinin baş məşqçisi Yoahim Löv İstanbula gələrək dostu İsmail Kartalla görüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Löv türkiyəli həmkarı haqqında xoş fikirlər səsləndirib.

"Kartalın burada baş məşqçilik etməsi məni xüsusi sevindirir. Gəncliyimizdə birlikdə "Fənərbağça"da çalışmışıq. Aramızdakı münasibətləri qoparmadıq. İsmail yaxşı dostdur. Bu qədər yaxın olmağımızın bir səbibi də futbol fəlsəfəsinin eyniliyidir. 2-3 il öncə İstanbula gəlmişdim. İsmail Kartalla "Fənərbağça"nın məşq bazasını gəzdim. Texniki imkanları göstərdilər. Mənim vaxtımda bu qədər şərait yox idi. Hazırda "Fənərbağça"nın infrastrukturu dünya standartlarına cavab verir. İsmail Kartal araşdırmağı sevən, məsuliyyətli mütəxəsisdir. "Fənərbağça"nın bu mövsüm Türkiyə Superliqasının qalibi olmasını istəyirəm".

Löv, həmçinin qazandığı dünya çempionluğu barədə sualı da cavablandırıb. "Kubok qazanmaq önməlidir. Amma eyni yolda sonuna kimi addımlamaq də vacibdir. Braziliyadakı mundialdan sonra komandada mühüm dəyişikliklər oldu. Bir kubok qazanmaq uğur deyil. Mənim üçün nailiyyət gənc futbolçunu məşhurlaşdırmaq və dünya çapına çıxarmaqdır. Futbol müntəzəm olaraq yenilənir. Bu səbəbdən yeniliklərə açıq olmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR