Perfektionist (qüsursuzluq həvəskarı) müəllim intihar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə 27 yaşlı qadın müəllim özünü asıb.

Onun huşsuz bədənini yanğınsöndürən əri tapıb. Çesli Peart adlı terapits xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Çeslinin depressiyaya düşdüyünə görə özünü öldürdüyü deyilir. Belə ki, o, haqqında deyilən "natamam inkişaf edib" sözündən incimişdi.

Onun yaxınları məhkəmədə ifadə verərkən belə söyləyiblər.

Emin
Milli.Az