Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Araz" bu gün əsas mərhələdə ikinci oyununu keçirəcək.
Milli.Az xəbər verir ki, ölkə çempionu Maltanın "Valletta" komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu Sven Eichler (Almaniya), Kamil Çetin (Türkiyə) və İvan Şabanovdan (Rusiya) ibarət hakimlər briqadası idarə edəcək.
Milli.Az