Ankarada marketdə alış-veriş edərkən E.Y tərəfindən zorla avtomobilə mindirilərək qaçırılan D.Ç. adlı qız salfetə "Məni xilas edin" yazaraq yanacaqdoldurma məntəqəsində işçiyə verib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqəsi işçisi vəziyyəti dərhal polisə bildirib.

Polislər qadını Aydın rayonundan Çine qəsəbəsinə girişdə xilas ediblər.

Şübhəli E.Y ifadəsində D.Ç-nin sevgilisi olduğunu, bundan qızın ailəsinin də xəbərdar olduğunu deyib.

İstintaq davam edir:

Məhəmməd Vaqif
Milli.Az