Bakı şəhər Baş Polis İdarəsində qanvermə aksiyası keçirilib

Bakı şəhər Baş Polis İdarəsində qanvermə aksiyası keçirilib
17:37 24 Aprel 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) qanvermə aksiyası həyata keçirilib. Bu barədə “Report”a BŞBPİ-dən məlumat verilib.
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.
Qeyd edək ki, Baş İdarənin və ərazi polis orqanlarının şəxsi heyəti martın 11-dən başlayaraq qanvermə aksiyasında iştirak edirlər.
Respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.



Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/baki-seher-bas-polis-i-daresinde-qanverme-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR