Çanaqqala savaşının 100-cü ildönümünə həsr olunmuş mərasim başlayıb

Çanaqqala savaşının 100-cü ildönümünə həsr olunmuş mərasim başlayıb
17:39 24 Aprel 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir

 

Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə anım mərasimi başlayıb.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

 

Mərasimə 21 ölkə prezidenti, o cümlədən müxtəlif ölkələrin hökumət başçıları və nazirlər  qatılıblar. Mərasim Tayyib Ərdoğan, Böyük Britaniya şahzadəsi Çarlsın şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəyə əklil qoyması və İstiqlal marşının oxunması ilə başlanılıb.

 

Qeyd edək ki, mərasimdən sonra Türkiyə prezidenti mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, dövlət və hökumət başçıları üçün “Savarona” yaxtasında axşam ziyafəti verəcək.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR