Plastik əməliyyat qurbanı olmuş gözəllik kraliçası: "Axmaqlığımın güdazına getdim" - FOTO

Plastik əməliyyat qurbanı olmuş gözəllik kraliçası: "Axmaqlığımın güdazına getdim" - FOTO
11:32 13 Yanvar 2015
483 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Axmaqlığımın cəzasını çəkdim. Başıma gələnləri bilsəydim, təbii ki, əməliyyat olunmazdım. Daha gözəl görünmək istədim, amma ölümdən zorla qurtuldum".
 
27 yaşlı braziliyalı supermodel Andressa Urax baldırlarının ölçülərini artırmaq üçün plastik cərrahiyyə əməliyyatına məruz qalandan sonra onun orqanizmində zəhərlənmə, sepsis başlanmışdı.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Braziliyada ən gözəl baldırlı xanımı müəyyənləşdirmək üçün keçirilən "Miss BumBum 2014" müsabiqəsində qalib gələndən sonra A.Urax "daha gözəl" görünmək istəyib və San-Paulu şəhərindəki klinikalardan birinə üz tutub.
Onun baldırlarına hidrogel vurulub, ölçülər böyüdülüb.
 
Amma əməliyyatdan 5 gün sonra Andressa Urax özünü pis hiss edib. 10 gün sonra isə onun baldırları şişib, qaralmağa başlayıb.
Yenidən hospitala aparılan A.Uraxı müayinə edən həkimlərin dediklərinə görə, qadının baldırlarına ikiqat dozada PMMA adlı toksik hidrogel vurulub.
Belə inyeksiyalardan Braziliyada ötən il 6 qadın ölmüşdü.
 
Hospitalda yenidən əməliyyat olunan, sonra koma vəziyyətinə düşdüyü üçün intensiv terapiya bölməsinə köçürülən və süni tənəffüs aparılan qoşulan A.Urax ölümdən dönmüşdü.
 
Andressa Uraxın durumu indi nisbətən normaldır.
 
"Tanrı məni axmaqlığıma görə cəzalandırdı. Daha incə belə malik olmaq üçün əvvəlcə iki qabırğamı kəsdirib çıxardım. Sonra pəncələrimin enini azaltmaq üçün ayaqlarımdakı çeçələ barmaqlarımı kəsdirdim. Axırda da baldırlarıma hidrogel vurdurdum. İndi anlayıram ki, bunların heç birinə ehtiyac yoxdu", - A.Urax deyib.

Milli.Az
 



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR