​"Xoşbəxt ölkələr" siyahısında Azərbaycan irəlidədir

17:57 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.
Məlumatda qeyd olunub ki, BMT-yə üzv olan 158 ölkədə bununla bağlı araşdırma aparılıb. Ermənistan 127-ci, Gürcüstan isə 130-cu yeri tutub. 
Hesabata əsasən, reytinq siyahısında birinci yerdə İsveçrədir. Sonrakı iki yeri İslandiya və Danimarka tutur. Finlandiya və İsveçdə ilk onluqdadır. ABŞ bu siyahıda 15-ci, Almaniya 26-cı, Rusiya isə 64-cü, Türkiyə 76-cı, İran isə 110-cu yerdədir. 
Sonuncu yerdə Toqodur. Əfqanıstan, Suriya, Burundi, Benin, Ruanda, Burkina-Faso, Kot- d İvuar, Qvineya və Çad da siyahıda sonuncu yerləri tutublar.
Hesabat adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi, uzun ömürlülük, vətəndaş azadlığı, korrupsiyanın səviyyəsi, vətəndaşların səxavətliliyi və açıq ürəkliliyinə nəzərən tərtib olunub.
Xatırladaq ki, sənəd ABŞ-ın Gellap İctimai Rəy İnsititutunun sorğularına əsaslanılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/xosbext-olkeler-siyahisinda-azerbaycan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR