İşdən çıxarılan baş həkimlə bağlı AÇIQLAMA

İşdən çıxarılan baş həkimlə bağlı AÇIQLAMA
11:49 13 Yanvar 2015
270 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin baş həkimi işdən çıxarılıb. Lent.az-ın report-a istinadən verdiyi məlumata görə, baş həkim Mehriban Abbasquliyeva müvafiq əmrə əsasən, işdən azad olunub.

M.Abbasquliyevanın yerinə təyinat da olub. Belə ki, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 2 Saylı Doğum Evinin baş həkimi vəzifəsinə Zamirə Qaralova (baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir) təyin edilib. Z.Qaralova yeni təyinata qədər həmin xəstəxananın şöbə müdiri olub.

Doğum evindən Lent.az-a bildirilib ki, M. Abbasquliyeva vəzifəsindən azad edilməyib: “Heç bir təyinat da baş verməyib. Hazırda Mehriban Abbasquliyeva doğum evinə rəhbərlik edir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR