Gəncədə görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü qeyd edilib

Gəncədə görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü qeyd edilib
19:53 24 Aprel 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 24 aprel, AZƏRTAC
Görkəmli ədib, yazıçı və alim Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü Gəncədə təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, ədibin ev muzeyində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edib. O bildirib ki, hər il yazıçının anım tədbirinin keçirilməsi gəncəlilərin bu görkəmli şəxsiyyətə olan məhəbbətindən irəli gəlir. Onun təkcə “Bir gəncin manifesti” əsəri kiayətdir ki, klassiklər arasında özünə layiqli yer tuta bilsin. İllər keçsə də Mir Cəlal Paşayev insanların qəlbində görkəmli nasir, ədəbiyyatşünas alim, mehriban ailə başçısı, xeyirxah və nəcib insan kimi daim yaşayacaqdır.
Mərasimdə iştirak edən Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev ömrünün ən gözəl çağlarını Gəncədə keçirən, ən gözəl əsərlərini burada ərsəyə gətirən görkəmli yazıçı və alimin həyatının müxtəlif anlarından epizodlar danışdıqdan sonra Gəncə Dövlət Kamera Orkestrinin ifasında musiqi səsləndirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_gorkemli_alim_ve_yazichi_Mir_Celal_Pasayevin_anadan_olmasinin_107_ci_ildonumu_qeyd_edilib-849578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR