KİA bu avtomobilləri geri çağırır?

Cənubi Koreyanın avtomobil şirkəti Kia “Niro” model adanan 27 mindən çox avtomobilini geri çağırır.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, buna səbəb həmin avtombillərin elektrik naqillərində yanğın çıxa bilmə təhlükəsidir.

Geri çağırılan modellər 1 dekabr 2016 və 11 sentyabr 2017-ci iltarixlərində istehsal olunan avtomobillərdir. Şirkət 27 mindən çox avtomobil arasında cəmi 1%-nin problemli olduğunu təxmin edir.

Şirkət yaranan probleminin müştərilərin cibinə təsir etməyəcəyi barədə açıqlama verib. Qeyd edib ki, avtomobildəki problemin həlli ilə bağlı hansısa müştəri pul ödəyərsə, şirkət tərəfindən həmin məbləğ geri qaytarılacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR