"Təmiz Şəhər" ASC-nin əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər

"Təmiz Şəhər" ASC-nin əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər
20:42 24 Aprel 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" Proqramına dəstək məqsədilə "Təmiz Şəhər" ASC-nin əməkdaşları bu gün qanvermə aksiyası keçiriblər. 
"Təmiz Şəhər" ASC-dən "Report"a verilən xəbərə görə, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda keçirilən aksiyada Qan Donorları Assosiasiyasının və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələri iştirak edib.
8 may Beynəlxalq Talassemiya Günü ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin rəhbərliyi və səhmdar cəmiyyətin kollektivi qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Aksiyada "Təmiz Şəhər" ASC-nin 200-ə yaxın əməkdaşı iştirak edib. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.
Bu il "Talassemiyasız həyat naminə" Proqramının 10 ili tamam olur. "Təmiz Şəhər" ASC hər il belə aksiya keçirərək proqrama qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur. 




Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/temiz-seher-asc-in-emekdaslari-talassemiyadan-ve-hemofiliyadan-eziyyet-cekenlere-qan-veribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR