Xəzər rayonunda ev yandı

Xəzər rayonunda ev yandı
20:49 24 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Xəzər rayonunda hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində Ağdam rayon məcburi köçkününün məskunlaşdığı ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı tikilinin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR