Pentaqon Kremli qorxuya saldı

Pentaqon Kremli qorxuya saldı
20:21 24 Aprel 2015
70 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon 100-dən çox xarici ölkədə ABŞ qoşunlarının yerləşdirilməsini planlaşdırır.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Silahlı Qüvvələri (SQ) Baş Qərargahının Baş İdarəsinin rəisi general-polkovnik İqor Serqun bildirib.

Generalın sözlərinə görə, bununla ABŞ öz əhatə dairəsini genişləndirmək istəyir:

"ABŞ silahlı qüvvələrinin ön mövqedə yerləşdirmə sistemini genişləndirməyi planlaşdırır. Bu isə öz növbəsində 100-dən çox dövlət ərazisində müvəqqəti və ya daimi əsasda qoşunların yerləşdirilməsini nəzərdə tutur".

"Bu dövlətlərdə ön mövqe zonalarında hərbi fəaliyyətin təmini üçün zəruri silah və hərbi texnikanın qabaqcadan yığıldığı anbar obyektlərinin yaradılması nəzərdə tutulur", - deyə general Serqun Rusiya SQ rəhbərliyinin iştirak etdiyi hərbi-elmi konfransda bildirib.

"Güman edilir ki, gələcək müharibələrdə ABŞ qoşunları həm müstəqil, həm də NATO və ya koalisiya qruplaşmaları tərkibində müttəfiqlərlə birlikdə hərəkət edəcəklər", - deyə o qeyd edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR