Bu gün Millətlər Liqasında III tura start veriləcək.

Publika.az xəbər verir ki, D liqasının 3-cü qrupunda I dövrənin son iki qarşılaşması baş tutacaq. Azərbaycan millisi səfərdə Farer adaları ilə görüşəcək. Keçirdiyi iki matçda heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan yığmamız 1 xal geri qaldığı rəqibini arxada qoymaq üçün Torshavndan qalib ayrılmalıdı. Qrupun lideri Kosovo Maltada xal itkisi ilə üzləşsə, millimiz zirvəni də ələ keçirmək imkanına malikdi.

Torshavn şəhərinin “Torsvallur” stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.

Millətlər Liqası.. D liqası, 3-cü qrup
III tur, 11 oktyabr

22:45. Farer adaları – Azərbaycan
Torshavn. “Torsvollur” stadionu. Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko, Sergey Lapoçkin, Mixail Vilkov (hamısı Rusiya)

Kosovo

2

1

1

0

2-0

4

Farer adaları

2

1

0

1

3-3

3

Azərbaycan

2

0

2

0

1-1

2

Malta

2

0

1

1

2-4

1