Papua-Yeni Qvineya sahillərində 6,8 maqnituda gücündə zəlzələ baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmologiya Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Kimbe şəhərindən 130 km qərbdə, yerin 81 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Milli.Az