Türkiyədən 3 ölkəyə sərt reaksiya

Türkiyədən 3 ölkəyə sərt reaksiya
02:36 25 Aprel 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər nazirliyi üç ölkə prezidentinin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına reaksiya verib.

ANS PRESS-in məlumatına görə, Türkiyə XİN-i Rusiya dövlət başçısı Vladimir Putinin, Almaniya prezidenti Yoahim Qaukun və ABŞ prezidenti Barak Obamanın çıxışlarına sərt şəkildə münasibət bildirib.

“Rusiya dövlət başçısı Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza baxmayaraq, 1915-ci il hadisələrini soyqırım olaraq qəbul etməsini rədd edir və kəskin şəkildə qınayırıq”, – deyə Rusiya ilə bağlı açıqlamada deyilir.

Almaniya prezidenti Yoahim Qaukun da çıxışı cavabsız qalmayıb: “Alman prezident Qaukun Berlin katedralında təşkil edilən mərasimdə türk millətinin etmədiyi bir suçu boynuna qoymağa haqqı yoxdur.”

Türkiyə XİN-i Ağ Ev rəhbərinin 24 aprellə bağlı verdiyi açıqlamada tək tərəfli bir mövqe göstərdiyini bildirir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR