Futbol üzrə Azərbaycan millisi sabah UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Malta yığmasını qəbul edəcək.
Publika.az xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransı keçirib. O, öncə bunları söyləyib:
- Hər birinizi salamlayıram. Bizim hər oyunumuz vacibdi. Baxmayaraq ki, Maltanı çətin səfərdən sonra öz meydanımızda qəbul edəcəyik, çətin rəqibə qarşı oynayacağıq. Lakin rəqibi analiz etmişik. Oyunun vacibliyini bilirik. Ümid edirəm sabah futbolçular ən yaxşı oyunlarından birini sərgiləyəcəklər.
- "Qarabağ"da futbolçuları daha yaxşı kökləyə
bilirdiniz. Millidə isə əsas nəticədi. Eyni vaxtda bir çox
fuybolçuyla həm yaxşı oyun, həm də nəticə əldə etmək çətin
deyil?
- Yaxşı nəticə üçün yaxşı oyun olmalıdı. Bəli, fərqli turnirlərdi.
Lakin hər oyunda qarşımıza yaxşı oyun göstərməyi hədəf qoyuruq. Nə
qədər yaxşı nəticə istəsək də, yaxşı oyun göstərməyə çalışırıq.
- Farer adaları ilə oyunla müqayisədə sabah hansı
dəyişikliklər olacaq?
- Çox dəyişiklik etmək fikrində deyilik. Bizim əsas məşqimiz sabah
səhər olacaq. Futbolçuların yorğunluğunu nəzərə alaraq, ağır məşq
olmayacaq. Əsas heyəti sabah səhərki məşqimizdə
müəyyənləşdirəcəyik.
- Bir ay əvvəlki Maltayla indi hansı fərqləri
görürsünüz?
- 3 oyuna 3 qol vuran komandadı. Sürətli əks-hücumları var, fərqli
sistemdə oynayırlar. Bu komandanı yaxından tanıdıq. Kosovoyla
səfərdəki oyuna da baxmışıq. Heç bir halda bizi asan oyun gözləmir.
Kapitanlarına çox böyük simpatiyam var. 37 yaşında meydanda bu cür
oyun göstərmək böyük bir şeydi. Bu, çox böyük nümunədi. Onun
meydanda olması digər futbolçuları daha məsuliyyətli edir. Onun
oynamamasına sevinmirəm. Onlar hücum xəttində hər zaman
dəyişikliklər edirlər. Bu komanda üçün kapitanları çox vacib
futbolçudu.