"Bütün fikrimizi bu matça yönəltmişik"

Bu gün UEFA Millətlər Liqası turniri çərçivəsində keçiriləcək Azərbaycan - Malta oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Metbuat.az-ın məlumatına görə, baş məşqçi hər bir oyunun vacib olduğunu deyib:

“Çətin səfərdən sonra bu dəfə doğma meydanda fərqli oyun üslubuna malik komandaya qarşı çıxış edəcəyik. Qarşılaşmanın əhəmiyyətini dərk edirik və bütün fikrimizi bu matça yönəltmişik. İnanıram ki, futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar”.

“Heyətdə dəyişiklik etməyi düşünmürük. Ancaq əsas məşqimizdən sonra heyəti konkret olaraq müəyyənləşdirəcəyik.

UEFA Millətlər Liqası: Azərbaycan Maltaya qarşı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR