Rusiyada 18 yaşlı azərbaycanlı oğurlanıb

Rusiyada 18 yaşlı azərbaycanlı oğurlanıb
07:02 25 Aprel 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 23-də Sankt-Peterburqda Azərbaycan vətəndaşının oğurlanması ilə nəticələnən insident baş verib.
"Report" "Operativnoe prikrıtie" nəşrinə istinadən xəbər verir ki, axşam saatlarında Budapeşt küçəsi, ev 49-da yerləşən bukmeker kontoru qarşısında münaqişə baş verib və təqribən on nəfər Özbəkistan vətəndaşı 18 yaşlı azərbaycanlını oğurlamağa cəhd göstərib.
"Kişilər onu küçəyə çıxardaraq Peterburq nömrə nişanlı ağ rəngli "Hyundai Solaris" markalı avtomobilin baqajına salıblar. Sonra maşın Slavı prospekti istiqamətində hərəkət edib", - deyə məlumatda bildirilir.
"Oğurlanan" şəxs çağırışla hadisə yerinə gələn polis əməkdaşlarına insidentin bitmiş hesab olunduğunu bildirib. Gənc oğlanın sözlərinə görə, onu söhbət etmək üçün "avtomobilin arxa oturacağında əyləşdiriblər" və o daha sonra maneəsiz olaraq avtomobildən düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/rusiyada-18-yasli-azerbaycanli-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR