Bu günün tarixi (25.04.2015)

Bu günün tarixi (25.04.2015)
06:21 25 Aprel 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Miladi: 25 aprel 2015
Hicri: 6 Rəcəb 1436

İlin 115-ci günü
İlin sonuna 250 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.34
Günəş - 06.50
Zöhr - 13.42
Əsr - 18.04
Məğrib – 20.43
İşa – 22.09

1719-cu ildə Daniel Defonun məşhur əsəri “Robinzon Kruzo” nümayiş olundu.

1783-cü ildə dünyada ilk hava şarı uçurulub

1792-ci ildə Fransada ilk dəfə gilyotindən cəza üsulu kimi istifadə olunub

1840-cı ildə rus bəstəkarı Çaykovski anadan olub

1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib. Eyni qərar həmin ilin mayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə kəndli çıxışları başlandı və 1842-ci ildə ağa və bəy torpaqlarının müsadirəsi dayandırıldı.

1859-cu ildə Misirin Port Said şəhərində Süveyş kanalının qazıntısına başlanılıb

1901-ci ildə ilk dəfə Nyu Yorkda avtomobillərdə dövlət nömrə nişanının tətbiqi məcburiyyəti qoyulb

1918 - Bakıda hakimiyyəti ələ almış "Bakı Soveti"nin hökuməti - Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb. Tarixə "26 Bakı komissarı" adı ilı düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi. "Bakı Kommunası"nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi. Bakı Kommunası Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı yaradılmışdı. Hər iki qurumda təmsil olunan ermənilər isə əslində əlbir fəaliyyət göstərirdilər.

1918-ci ildə Türkiyənin Qars və Ərdaxan vilayətləri işğaldan azad olunub

1919 - Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni "Muğan Sovet Respublikası" elan ediblər. Qiyam iyulun sonunda hökumət qüvvələri tərəfindən yatırıldı.

1926-cı ildə Rza Pəhləvi İranda şahlığını elan etdi

1940-cı ildə amerikalı aktyor Al Paçino anadan olub

1957-ci ildə Xalq artisti Həmidə Ömərova anadan olub

1989-cu ildə azəraycanlı müğənni Aysel Teymurzadə anadan olub

1997-ci ildə internet dövrünün ən böyük böhranı ilə üzləşib

1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulmuşdur.

1999 - Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Özbəkistan prezidentlərinin görüşü keçirilib, Özbəkistan GUAMəməkdaşlıq qrupuna qəbul olunub. Özbəkistan 2002-ci ildə GUAM-da fəaliyyətini dayandırdı, 2005-ci ildə qurumu tərk etdi.

2000-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə “Azəralüminium” ASC təsis edilib

2007-ci ildən bu gün Ümumdünya malyariya günü kimi qeyd olunur
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR