​İran Suriya ilə bağlı məsləhətləşmələrə dəvət olunacaq

​İran Suriya ilə bağlı məsləhətləşmələrə dəvət olunacaq
07:57 25 Aprel 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ İranın nümayəndəsi Cenevrədə keçiriləcək Suriya üzrə məsləhətləşmələrdə iştirak edə bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq dəvət ilə BMT Təhlükəsizlik Şurasının qapalı görüşü zamanı qurumun baş katibinin xüsusi elçisi Staffan de Mistura çıxış edib.
"İran BMT-nin üzv ölkəsidir, regionda mühüm oyunçudur. Onun Suriyada baş verənlərə təsiri var. BMT və şəxsən mənim hamını, eləcə də İranı dəvət etmək hüququm var", - deyə Mistura bildirib.
Suriya məsələsi ilə bağlı məsləhətləşmələr mayın 4-də Cenevrədə keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-suriya-ile-bagli-meslehetlesmelere-devet-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR