Qaza olan tələbat ARTIB

Havanın temperaturunun aşağı düşməsi təbii qaza olan tələbatı artıb.

Belə ki, ötən günlərlə müqayisədə qaza tələbatda 500 min kubmetr artım var.

Bunu Metbuat.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib.

Onun sözlərinə görə, istehlakçılar təbii qazla tələbata uyğun təmin olunurlar:

“İlin fəslindən asılı olmayaraq, təbii qaza olan tələbat artdıqca, veriliş də artır. Ötən günlərlə müqayisədə qaza tələbatda 500 min kubmetr artım var. Temperatur aşağı düşdükcə, təbii qaza olan tələbat artır. Bu zaman əməkdaşlarımız tərəfindən dərhal qaz xətləri üzərində quraşdırılmış tənzimləyici qurğular vasitəsilə tənzimləmə işləri aparılır və tələbata uyğun təbii qazın verilişi təmin olunur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanın ƏN YARAŞIQLI KİŞİ müğənnisi - Bakıda maraqlı SORĞU / Video


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR