Şəhid vərəsələrinin 85 faizi ödəmə alacağını öyrənib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb.

Bununla əlaqədar aidiyyəti qurumlardan alınmış siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi işə salınıb. Bölmədə vətəndaşlar tərəfindən şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilərək, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bugünədək şəhid hərbi qulluqçuların birdəfəlik ödəməni almaq hüququ olan vərəsələrinin 85 faizi, sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların vərəsələrinin 77 faizi, o cümlədən şəhid hərbi quluqçuların sığorta ödənişi edilmiş vərəsələrinin 79 faizi sayt vasitəsilə axtarış apararaq müvafiq məlumat əldə ediblər.

Hazırda saytda yerləşdirilmiş “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə sorğuların real vaxt rejimində cavablandırılması prosesi davam edir.

Azərbaycanın ƏN YARAŞIQLI KİŞİ müğənnisi - Bakıda maraqlı SORĞU / Video - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR