Fransa ilə sənəd imzaladıq (FOTO)

Fransa ilə sənəd imzaladıq (FOTO)
11:31 25 Aprel 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin və Prezident fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb.

ANS PRESS-in məlumatına görə, sənədi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye imzalayıblar.

Qeyd edək ki, Fransa Respublikasının Prezidenti Fransua Olland aprelin 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Fransa Respublikasının Prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR