Qarabağdan danışdılar (FOTO)

Qarabağdan danışdılar (FOTO)
11:36 25 Aprel 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa Respublikasının prezidenti Fransua Ollandın görüşü olub.

Azərbaycan prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandı qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirilib və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR