Camal Qaşıqçı konsulluqda öldürülüb

Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Saud əl-Muacib oktyabırın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Haşıqcının ölkənin İstanbuldakı konsullugunda yaranmış münagişə zəminində öldüyünü təsdiqləyib.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi məlumata əsasən, “jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqışə və dava onun ölümünə səbəb olub”.

Baş prokuror Saud əl-Muacibin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir və cinayət işi üzrə ölkənin 18 vətəndaşı istintaqa cəlb olunub. O həmçinin bildirib ki, krallıqda təhlükəsizlik qurumunda yüksək vəzifə tutan və Vəliəhdin müşaviri olan general Əhməd Əsiri və nazir rütbəsində olan krallığın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən azad olunublar.

Narın üstünə YUMURTA qırın – Görün, nə olacaq / VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR