Donald Trampdan Qaşıqçı açıqlaması

"Səudiyyə Ərəbistanı Yaxın Şərq regionunda İrana qarşı bir balans yaratmaq üçün fəaliyyət göstərir."

ABŞ prezidenti Donald Tramp Qaşıqçı hadisəsi ilə bağlı izahatında söyləyib.

"Səudiyyə Orta Şərqdə bizim böyük müttəfiqimizdi. İrana qarşı balans olaraq bizim onlara ehtiyacımız var. Bu nə asan həlldi nə də asan vəziyyət", - deyə Tramp söyləyib.

Metbuat.az Presstv-yə istinadən xəbər verir ki, bəyənat Səudiyyənin Qaşıqçının ölümünü təsdiqindən sonra verilib. Tramp baş verən hadisə ilə bağlı hesabatı inandırıcı sayıb və Səudiyyə krali ilə bir neçə məsələnin müzakirəsi üzrə görüşəcəyini qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qaşıqçının konsulluq daxilində görüşdüyü insanlar tərəfindən öldürüldüyü təsdiq edilmişdir və bu hadisədən sonra bir neçə dövlət rəsmisi vəzifədən azad edilmişdir.

"Teleqüllə"yə təhlükə - Daha iki sürüşmə zonası tapıldı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR