İtin köməyilə gömrükdə narkotik tapıldı - FOTO

İtin köməyilə gömrükdə narkotik tapıldı - FOTO
18:05 22 Oktyabr 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükçülər narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

DGK-dan Milli.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi avtomobilə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı, xidməti it "Honda Fit" markalı, NV441NV qeydiyyat nişanlı həmin avtomobilin ön cihazlar panelindəki əşyalar üçün nəzərdə tutulan yerə reaksiya verib. Həmin yerə təkrar baxış nəticəsində 1 ədəd bükümdə çəkisi bükümlə birlikdə 2 qram olan narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/696810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR