Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulub.

İrina Netreba ilk görüşündə Peru təmsilçisini üstələyib - 6:2. Daha sonra o, isveçli Xenni Yohansondan güclü olub - 3:1. Güləşçimiz 1/4 finalda çinli Çuyinq Tanqı 3:0 hesabı ilə məğlub edib. Yarımfinalda Danielle Suzanneyə uduzan (0:11) idmançımız sabah gümüş medal uğrunda yarışacaq.

Digər güləşçimiz Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub -1:3.

Mübarizəyə 1/8 finaldan başlayan Səbirə Əliyeva isə ilk görüşündəcə türkiyəli Yasemin Adar uduzub - 0:10. Adar finala qədər irəlilədiyindən Səbirə təsəlliverici görüşdə bürünc medal qazanmaq şansı əldə edib.

Milli.Az