Azərbaycanlı gimnast Yelizaveta Luzan Azərbaycanı təmsil etməkdən qürur duyur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarının qalibləri və iştirakçılarının qarşılanması mərasimində gimnast Yelizaveta Luzan deyib.

O qızıl mükafat alarkən fəxri kürsüdə Azərbaycan adına fəxr etdiyini deyib:

"Mən qızıl medalı ölkəyə və Azərbaycan Gimnastika Federasiyasına həsr edirəm. Bizim üçün yaradılan ən gözəl şəraitə görə Federasiyaya minnətdarlığımı bildirirəm".

Milli.Az