Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dənizin ad günüdür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni İnstaqram səhifəsində video paylaşaraq övladını təbrik edib:

"Elə hisslər var ki, sözlə ifadə etmək olmur. O hissləri yaşadıqdan sonra həyatın anlamını dərk edirsən. Analıq hissi 11 il öncə bu hissi yaşamışam. Qızım, Dənizim! Dünyama xoş gəldin. Ən dəyərli varlığım, ad günün mübarək".

Xatırladaq ki, ifaçı "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. O, 2007-ci ildə ana olub.

Milli.Az