Britaniyanın populyar realiti-şou ulduzlarından olan Loren Qucer qlamur yaşam tərzinə son qoymaq niyyətindədir. O, partilərə, sosial şəbəkələrdə yarıçılpaq və çılpaq fotolarını paylaşmağa, "eşq gecələri"nə son qoymaq, adi ailə həyatı yaşamaq istəyir.
Milli.Az The Sun-a istinadən bildirir ki, 31 yaşlı model ana olmaq istədiyini, hətta dünyaya gətirəcəyi uşaqlarına adlar seçdiyini də bildirib.
"Çılğın, gecəsi gündüzü bilinməyən həyat tərzimi dəyişmək istəyirəm. Artıq yetər! Ana olmaq istəyirəm. Dünyaya gələcək övladlarıma adlar da seçmişəm", - TOWIE realiti-şousunun sabiq ulduzu söyləyib.
Milli.Az