Aşıq Samirə Əliyevanın paylaşdığı arxiv fotosu müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin illər ərzində bir çox plastik əməliyyat etdirdiyi bildirilib. Samirə isə iddiala sərt cavab verib. Makiyajsız fotosunu paylaşan aşıq bildirib ki, heç vaxt bıçaq altına yatmayıb:

"Əməliyyat elətdirib yazanlara makiyajsız Samirə... Ehtiyac olanda mən də edərəm, niyə tələsirsiz? Fərqli gördüyünüz makiyajla ediləndir, üzərimdə heç bir dəyişiklik etməmişəm. Yalnız damaq-diş əməliyyatından başqa".

Milli.Az