"Liverpul"un sabiq futbolçusu Sten Kollimor, "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı tənqid edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, keçmiş ingilis futbolçu Poqbanın özünü Kriştiano Ronaldoya oxşatmaq istədiyini bildirib. Kollimor İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

"Poqbanın penalti vuruşları məni öldürür. Çox mənasız hərəkətlər edir. Futbolda 100 ildir ki, belə şey görməmişəm. Penalti zərbəsini cəld yerinə yetirmək lazımdır.

Poqba özünü Ronaldoya oxşatmaq istəyir. Ancaq bununla da, penalti zərbəsini qola çevirməkdə çətinlik çəkir. Poqbanın utancverici oyun tərzi var."

Poqba penalti vuruşunu yerinə yetirməzdən əvvəl topa qədər xeyli addım atır və zərbə vurur. Fransız futbolçunun yerinə yetirdiyi 12 penalti zərbəsindən 10-u qol olub.

Kollimor 1995-1997-ci illər aralığında "Liverpul"da forma geyinib.

Milli.Az