"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah kluba keçmək arzusunun 6 il bundan əvvəl yarandığını deyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, misirli 10 yaşında "Liverpul" barədə eşitdiyini bildirib. "Böyük klubdur. Bütün dünya tanıyır. "Liverpul"un Yaxın Şərqdə kifayət qədər fanatı var. Təqribən 10 yaşımda belə bir klubun olduğunu bilirdim. İnanmazdım ki, nə vaxtsa "Liverpul"un heyətində ola bilərəm. Arzuların dalınca getmək lazımdır.

Cəhd edəndə arzularına çatırsan. Keçid barədə ilk dəfə 2012-ci ildə fikirləşdim. "Bazel"də oynayanda. Ötən il təklif aldım. Heç düşünmədən qərar verdim. İndi buradayam - arzuladığım klubda", - Salah deyib.

Milli.Az