Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Nişantaşında kameralara tuş gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Günel boynuna asdığı qızıl aksessuarları ilə diqqət çəkib. Müğənni jurnalistlərlə söhbətində özü ilə bağlı sirri də açıb. O, qazandığı bütün pulu qızıla xərclədiyini deyib:

"Qızılı çıx sevirəm. Bu səbəbdən bütün sərmayəmi qızıla qoyuram".

Milli.Az