Peruda dəhşətli qəza baş verib.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Peruda azyaşlı futbolçuları daşıyan avtobus uçuruma düşüb.
Perunun səhiyyə naziri Silvia Pessahın dediyinə görə, hadisə nəticəsində 7 uşaq ölüb, 11 nəfər yaralanıb.
Hadisə Çaçopoyes qəsəbəsinin yaxınlığında baş verib.
Yaralananlardan biri qadındır.
Bəxtiyar Umarlı
Milli.Az