Tədbiri giriş sözü ilə açan XİN Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov Xəzər regionunun təhlükəsizliyinin vacibliyini qeyd edib.
"Xəzər dənizi təbii ehtiyatlarla , xüsusilə də neft və qazla zəngindir. Azərbaycan öz təbii sərvətlərindən ölkə əhalisi, region və ümumilikdə dunyanın rifahı üçün istifadə edə bilib", - Qaya Məmmədov qeyd edib.
O, regionda həyata keçirilən layihələr haqqında xatırladıb, konfrans iştirakçılarına regiondakı geosiyasi vəziyyət haqqında məlumat verib.
Konfrans zamanı Xəzər regionunda geosiyasi, hərbi-siyasi, iqtisadi, enerji aspektlər, həmçinin Xəzər dənizinin hüquqi statusu, regionunun təhlükəsizliyi və Azərbaycanın rolu ilə bağlı məsələlər müzakirə olunacaq. Konfransda Almaniya, Bolqarıstan, Gürcüstan, Kanada, İtaliya, Litva, Macarıstan, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 40 tələbə və gənc alim iştirak edir.
Konfrans öz işini mayın 1-də başa catdıracaq.