Çinin Lanzhou şəhərində meydana gələn hadisə ətrafdakıları qorxuya salıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, axşam saatlarında bir anda yer yarılıb və səkidə hərəkət edən qadın içinə düşüb. Xilasedicilər qadını çuxurdan çıxarıblar.

Möcüzəvi şəkildə həyatda qalan qadın xəstəxanaya aparılıb.

Yer yarıldı və qadın içinə düşdü