Ermənistan ordusunda baş verən ölüm halları gizlədilir

2018-ci ilin yanvar-noyabr ayları ərzində Ermənistan ordusunda baş verən ölüm hallarına dair hesabat hazırlanıb.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, hesabatda ölüm faktları gizlədilərək 34 hadisənin qeydə alındığı bildirilib.

Ermənistan ordusunda (işğal altında olan Qarabağda dislokasiya olunan bölmələr də daxil olmaqla) baş verən ölüm hadisələri hərbi xidmətlə əlaqəsi olan və olmayan iki qrupa bölünüb. Rəsmi məlumata görə, 34 hadisədən 27 hadisə hərbi xidmətlə bağlı olub, qalan 7 hadisə isə hərbi xidmətlə əlaqəli olmayıb.

Qeyd edək ki, daha öncə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi rəsmi mənbələrdən, KİV-lərdən, bəzi hallarda ölən hərbi qulluqçuların yaxınlarından əldə etdiyi məlumatlar əsasında 44 ölüm hadisəsinin baş verdiyini açıqlayıb. HVAV-ın məlumatına görə, 44 ölüm hadisəsindən yalnız 34 hadisə barədə rəsmi və KİV-lərdən məlumat əldə etmək mümkün olub.




Evdə yanaraq ölən uşaqların FOTOLARI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR