Məşhur aktrisa səhnədə evlilik təklifi aldı -

Türkiyəli aktrisa İpək Tanrıyar səhnədə evlilik təklifi alıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, "Olgun Portakal" tamaşasında rol alan Tanrıyer səhnədə surprizlə qarşılaşıb. İzləyicilərin arasından əllərində güllərlə səhnəyə çıxan aktrisanın sevgilisi Murat Evler ona evlilik təklifi edib.

O, "Səninlə bütün əngəllərə rəğmən macəranı yaşamaq istəyirəm. Amma hər şeydən əvvəl axıb gedən bir zaman var. Zaman getmədən də nəyi istədiyimi anlayıram. Nə vaxt, harada və necə olursa-olsun səninlə birlikdə olmaq istəyirəm. Mənimlə evlənərsənmi?"- deyib.

Sevgilisinin evlilik təklifini qəbul edən aktrisa səhnədə kövrəlib.

Mərcdə uduzan aparıcının başını canlı yayımda qırxdılar - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR