Yeni tikiləcək yolların ADLARI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə yeni yolların tikintisinə başlayacaq.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Qurum rəhbəri bildirib ki, artıq həmin yollarının layihələri hazırdır: "Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun ikinci texniki dərəcədən 1-ci texniki dərəcəli yol kimi təkmilləşdirilməsi nəzərdə tutulub.

Bundan başqa, Ucar- Zərdab-Ağcabədi yolunun, Biləsuvar-Bəhrəmtəpə yolunun yenidən qurulmasə vəə Xaldan- Gürcüstan sərhəddi avtomobil yolunun Xaldan-Şəki hissəsi yenidən qurulacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR