Yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
18:05 17 Noyabr 2018
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux rayonunda yarımstansiyada baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yanıq xəsarətləri alan 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu noyabrın 16-da xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, noyabrın 14-də Gəncə Regional Elektrik Şəbəkəsinin Samux rayonunun Əhmədbəyli kəndindəki 330 KV-luq Gəncə yarımstansiyasının 5-ci hava xəttində qısaqapanmadan yanğın baş vermişdi.

Hadisə nəticəsində yarımstansiyanın elektrik montyoru Həsənov Elmir Natiq oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/704778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR