Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş
naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Parisdəki
çıxışını şərh edib.ABŞ-da Azərbaycana silah satışına
qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin
gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb. Qəzza sektorunda
vəziyyət yenidən gərginləşib. ABŞ İran hökumətinə təzyiqlərini
davam etdirəcəyini açıqlayıb.ABŞ NATO-nu zəiflədən
istənilən addıma qarşı olduğunu bəyan edib.Səudiyyə
Ərəbistanının Baş Prokurorluğu “Vaşinqton Post” qəzetinin müxbiri
Camal Qaşıqçı cinayəti ilə bağlı şok detalları açıqlayıb. ABŞ
Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35” tipli qırıcı
təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı hesabatını
Konqresə təqdim edib.
Azərbaycan, Dağlıq Qarabağ
Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı
problemlərdir. Bunu Azərbaycan Prezidenti İlham
Əliyev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
Gennadi Axramoviçlə görüşündə deyib.
İlham Əliyev: Əgər KTMT-nin hər hansı bir problemi varsa, o da Ermənistandır
“Ümid edirik ki, Ermənistanın Baş naziri
vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh
Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə
ziddiyyət təşkil edir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva
Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol
Paşinyanın çıxışını şərh edərkən deyib.
Azərbaycan Paşinyanın Parisdəki çıxışını darmadağın etdi
Ermənistanda dekabrın 9-da keçiriləcək parlament
seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
yeni proseslərin başlayacağı ehtimalı zaman-zaman müzakirə
olunur. Ehtimallara görə, həmsədr ölkələr, elə
Düşənbə görüşünə razı olan Bakı da Paşinyana seçkidən sonra
danışıqlar masasına konstruktiv mövqedə qayıtmaq üçün zaman
tanıyıb. Əsas sual budur: “Ermənistanda seçkilərdən sonra Qarabağda
nə gözlənilir?”.
“Sputnik Ermənistan” bu sual ətrafında erməni ekspertlərin
fikrilərini öyrənib.
Paşinyanın Qarabağla bağlı atacağı ADDIMLAR ÜZƏ ÇIXDI: gələn ay torpaqlarımızda kəskin...
ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan
907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə
gəlməsi Ermənistanda narahatlıq yaradıb. ABŞ-da
erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data” rəhbəri Aram
Qambaryan Tramp Administrasiyasının 907-ci düzəlişi ləğv etmək
istədiyini deyib.
Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv
etməyi bacarmasa belə, onu donduracaq.
“Məsələ ondadır ki, bu qətnamə aradan qalxsa və ABŞ silah
satmağa başlasa, bu Ermənistanın marağına uyğun deyil. Doğrudur,
ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana
silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq
qətnamənin pozulması deməkdir. Laki burada hansı ökənin nə qədər
silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox
silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə,
Azərbaycanın alacağı hər silah bu ölkənin ordusunun gücünü daha da
artacaq. Biz bundan narahatıq və qətnamənin qüvvədə qalması üçün
əlimizdən gələni edəcəyik”, - deyə erməni diaspor rəhbəri
bildirib.
Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Zoqrab
Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in
Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda
yayılan məlumat münasibət açıqlayıb. Nazirliyin
mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva
bildirib ki, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki
beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və
nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman
bildirib.
Ermənistan Respublika Partiyası Dağlıq Qarabağ
məsələsində güzəştsiz olacaq. Bu haqda feysbuk
səhifəsində partiya sədrinin birinci müavini Vigen Sarkisyan
yazıb.
“Biz konstruktiv müxalifət olacağıq və dialoqa həmişə hazırıq.
Amma elə məsələlər var ki, biz güzəştsiz olacağıq. Hər şeydən
əvvəl, bu, Dağlıq Qarabağ probleminə aiddir. Problem yalnız öz
müqəddəratını təyin etmə hüququ ilə məhdudlaşdırılmır. Bu, bütün
bizim ölkəmiz üçün ən əhəmiyyətli təhlükəsizlik məsələsidir”, - o
bildirib.
Qeyd edək ki, Ermənistanda dekabrın 9-da növbədənkənar parlament
seçkiləri keçiriləcək.
“Ermənistanın mövcud hakimiyyəti Qarabağ məsələsində
köhnə hakimiyyətin siyasətini davam etdirir”. Bu
barədə “Yerkir” partiyasının lideri Zaruhi Postanjyan deyib.
2016-cı ildə “aprel müharibəsi”ni xatırladan Postanjyan
Azərbaycan Ordusunun 800 hektar (əslində 2 min hektar) ərazini azad
etdiyini bildirib.
“Ermənistanın mövcud hakimiyyəti də iqtidara gəldiyi dövr
ərzində köhnə rəhbərliyin siyasətini davam etdirir. Nə xarici, nə
də daxili siyasətdə heç bir şey dəyişməyib. Hazırki rəhbərlik bəzi
maliyyə imtiyazları qarşılığında əraziləri qaytarmağa hazırdır”, -
deyə o bildirib.
Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində
yaratdığı qondarma rejimlə “müstəqil respublika” kimi hərbi ittifaq
yarada bilər. Bu barədə separatçı rejimin
“təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan “aravot”
qəzetinə müsahibəsində bildirib.
Balanyan bildirib ki, “Ermənistanla Qarabağ arasında hərbi
ittifaqın bağlanması məsələsi gündəmdədir”.
Ermənistandan Qarabağla bağlı ŞOK ADDIM: hərbi ittifaq və...
Ermənistan
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna üç
namizədə malikdir. Bu haqda Belarus lideri
bildirib.
Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol
Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)
ətrafında yaranan vəziyyətin bu təşkilatın üzvü olmayan ölkə -
Azərbaycanla müzakirəsinə görə Belarus prezidenti Aleksandr
Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat
tələb edəcək. Bu haqda noyabrın 16-da Nikol Paşinyan
jurnalistlərlə söhbət zamanı bildirib.
KTMT-nin sirlərinin Bakıya ötürülməsi Paşinyanı ÖZÜNDƏN ÇIXARTDI: Lukaşenko və Nazarbayev...
Belarus Xarici İşlər Nazirliyi Ermənistanın baş
naziri əvəzi Nikol Paşinyanın Belarus prezidenti Aleksandr
Lukaşenkonun ünvanına səsləndirdiyi bəyanatlara cavab
verib. İdarənin mətbuat katibi rəsmi nümayəndəsi
Anatoli Qlaz Paşinyanın bəyanatlarını qəbuledilməz adlandırıb.
“Yəqin, cənab Paşinyan hələ başa düşməyib ki, “küçə
demokratiyası”nın qaydaları böyük siyasətdə qəbuledilməzdir.
Təəssüf edirik. Ümid edirik ki, bu, zamanla qaydaya düşəcək", -
Anatoli Qlaz deyib.
Belarus XİN-in nümayəndəsi əlavə edib ki, görünür, Paşinyan
özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq
prokuror kimi təsəvvür edir.
“Amma dövlətlərarası münasibətlərdə protokolun və etiketin
tamamilə dəqiq normaları mövcuddur”, - Anatoli Qlaz vurğulayıb.
“Erməni Milli Konqresi” Partiyası (AMK)
növbədənkənar parlament seçkilərində iştirakdan imtina
edib. Bu barədə “Jamanak” qəzeti yazıb.
Məlumata görə, dünən AMK rəhbərliyinin toplantısı keçirilib.
Toplantıda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament
seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edilib.
Ermənistanda növbədənkənar parlament seçkisində 2
blok və 9 partiya iştirak edəcək. Bunu jurnalistlərə
açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Armen
Smbatyan deyib.
Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Qazprom
Ermənistan" şirkətini böyük ölçülərdə vergi öhdəliklərinin yerinə
yetirilməməsində ittiham edən hesabat yaydı. Bəyanata
görə, Rusiyanın "Qazprom" şirkətinin ölkə ərazisindəki törəmə
strukturları ilə əlaqədar olaraq ölkədə yoxlamalardan sonra Dövlət
Gəlirləri Komitəsi şirkətə qarşı iş başladıb.
Paşinyan bu tarixdə İKİQAT ZƏRBƏ ALACAQ - Putindən İrəvana qarşı ÖLÜMCÜL GEDİŞ
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin
ittihamları ucbatından Ermənistan vətəndaşlarının xeyrinə olan
sərfəli razılaşma məhv ola bilər. Bunu jurnalistlərə
açıqlamasında “Qazprom Ermənistan”ın baş direktoru Qrant Tadevosyan
deyib.
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan və
müdafiə naziri David Tonoyan bu gün hərbi hissələrdən birində
başlanmış taktik hücum təlimlərini müşahidə ediblər.
Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun
Ovanisyan bildirib.
Məlumata görə, təlimdə, xüsusilə çətin coğrafi və iqlim
şəraitində qoşunların yeni taktika və xüsusi texniki vasitələr
tətbiq edərək yeni yüksəklikləri ələ keçirmək fəaliyyətləri məşq
edilib.
Türkiyə, İran, Yaxın Şərq
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35”
tipli qırıcı təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı
hesabatını Konqresə təqdim edib. “F-35”lərin
Türkiyəyə göndərilməsi bu hesabatın Konqresə təqdim edilməsinə
qədər təxirə salınmışdı. Pentaqon hesabatının Konqresə təqdim
olunması “F-35”-lərin Türkiyəyə təslimatı üçün irəliyə doğru
atılmış bir addım anlamına gəlir.
ABŞ Konqresi Türkiyəni hədəfə alan sanksiyaların
təsirlərini aradan qaldırmaq üçün səy göstərir. Bu
barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
Vaşinqtonun 3 PKK liderinin başına mükafat qoymasını
PKK ilə PYD-nin fərqli təşkilatlar olması iddiasını qanuniləşdirmək
üçün ortaya atılmış bir oyun kimi qəbul edirik. Bu oyuna
gəlmərik. Bu sözləri Fransa səfərindən geri
qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Trampla görüşündə PYD-YPG, FETÖ, Suriya və “Xalkbank”
məsələlərini müzakirə etdiyini qeyd edib.
“YPG ilə bağlı bəzi mövzularda əlaqəsizlik var. Bu mövzuda istər
Mövlud bəyin, istərsə də müdafiə nazirimizin əlaqədar şəxslərlə
görəcəkləri işlər bizi rahatladacaqdır”, - Ərdoğan bildirib.
ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanın Camal Qaşıqçı cinayəti ilə bağlı bəzi
ölkələrə verdiyini dəlillərlə bağlı yeni bir iddianı ortaya
atıb. Xəbərə görə, Qaşıqçını öldürmək üçün İstanbula
gələn 15 nəfərlik sui-qəsd qrupunda yer alan və Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın əhəmiyyətli
xarici səfərlərində iştirak edən təhlükəsizlik səlahiyyətlisi Mahir
Əbdüləziz Mutreb cinayətdən qısa müddət sonra bir nəfərə zəng
edib.
Qaşıqçı cinayətində sensasiyalı SƏS QEYDİ ÜZƏ ÇIXDI: “Patronunuza deyin, adamlar...”
Səudiyyə Ərəbistanının Baş Prokurorluğu “Vaşinqton
Post” qəzetinin müxbiri Camal Qaşıqçı cinayəti ilə bağlı şok
detalları açıqlayıb. Məhkəmə Qaşıqçının cəsədinin
parçalanaraq İstanbuldakı Baş konsulluqdan çıxarılıdığını etiraf
edib.
Jurnalistin öldürülməsi üçün qrup qurmaq əmrinin isə kəşfiyyat
təşkilatının sədrinin keçmiş köməkçisi tərəfindən verildiyi
bildirilir.
Səudiyyə Ərəbistanı Qaşıqçı cinayətinin bütün detallarını açıqladı - İlk cavab Türkiyədən gəldi (YENİLƏNDİ)
ABŞ Maliyyə Nazirliyi Camal Qaşıqçı cinayəti ilə
əlaqədar olaraq Səudiyyə Ərəbistanının 17 vətəndaşına sanksiya
tətbiq edib. Sanksiya siyahısının tərkibi tam
açıqlanmır. Amma siyahıda vəliəhdin keçmiş müşaviri Səud Kahtani və
Səudiyyənin İstanbuldakı konsulu Məhəmməd Uteybinin olduğu
bildirilir.
ABŞ Senatı ərəbistanlı jurnalist Camal Qaşıqçının
qətlə yetirilməsinə görə Səudiyyə Ərəbistanına silah satışının
dayandırılması da daxil olmaqla, bir neçə sanksiya tətbiq etmək
üçün qanun layihəsi hazırlayır. Qanun layihəsi Nyu
Cersi ştatının senatoru Bob Menendez ilə İndiana senatoru Todd
Yunqun başçılığı ilə hazırlanır.
Layihə ilə bağlı açıqlama verən B.Menendez ABŞ hökumətinin
Qaşıqçı cinayəti ilə bağlı 17 səudiyyəli şəxsə tətbiq etdiyi
sanksiyanın kifayət etmədiyini bildirib: “Qaşıqçı cinayəti il bağlı
şəffaf və qəbul edilə biləcək bir istintaq aparılmalıdır. Bu layihə
ilə Konqres insan haqlarına olan hörmətini və dəyərini ortaya
qoyacaq”.
Adıçəkilən qanun layihəsi ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı
hücum məqsədli bütün silahların satışını dayandıracaq. Bu silahlara
bombalar, raketlər, qırıcılar, tanklar və silahlı avtomobillər
daxildir.
İran ordusu mövcud təhlükələri nəzərə alaraq,
ölkənin neft tankerlərinin təhlükəsizliyini təmin etməyə
hazırdır. Bu haqda İran İslam Respublikası ordusunun
Dəniz Qoşunları komandanının müavini, kontr-admiral Seyid Mahmud
Musəvi deyib.
“İranın silahlı qüvvələri mövcud təhlükələri nəzərə alaraq,
bizim ticarət donanmamız və neft tankerləri müdafiə etməyə
hazırdır. Biz maraqlarımızın təminatı üçün dəniz qüvvələrimizdən
istifadə edəcəyik”, - agentlik Musəvinin sözlərini sitat
gətirib.
Qeyd edək ki, noyabrın əvvəlində ABŞ İranın nəqliyyat və neft
sektorlarına qarşı tammiqyaslı sanksiyaları tətbiq edib.
Sanksiyalara İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL),
İran Milli Tanker Şirkəti (NITC) və onun nəzarətindəki 211 gəmi də
məruz qalıb.
Beynəlxalq banklararası informasiyaların
ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SVİFT
ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və
digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə
Vaşinqtonu məlumatlandırıb. Bu barədə ABŞ-ın maliyyə
nazirinin müavini Siqal Mandelker bildirib.
O, xəbərdarlıq edib ki, Amerika İslam Respublikasına qarşı öz
sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana
qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.
ABŞ rəsmisinin sözlərinə görə, xeyli sayda Avropa şirkəti İranı
tərk edir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqının (Aİ)
İranla xarici ticarə hesablaşmaları üzrə xüsusi mexanizmin
yaradılması təşəbbüsü ABŞ-ı narahat etmir. O, hesab edir ki, Aİ və
ABŞ birgə işləmək üçün əlavə mexanizmlər yarada bilər.
"İranla bağlı daha çox şeylərin qəbul ediləcəyini görəcəksiniz",
- deyə Mandelker əlavə edib.
İran əmin deyil ki, Vaşinqtonla yeni nüvə
razılaşması imzalayacağı halda ABŞ buna əməl edəcək.
Bunu EFE agentliyinə müsahibəsində İran Xarici İşlər naziri
Məhəmməd Cavad Zərif deyib.
“Əgər biz ABŞ-ın indiki administrasiyası ilə razılığa gəlsək,
növbəti administrasiya 2 il və ya altı ay sonra buna əməl edəcəkmi?
Tramp ABŞ-ın heç bir administrasiyasına güvənilməməsi gərəkdiyi ilə
bağlı pis mesaj verir. ABŞ sanksiyaları heç vaxt İranı siyasətini
dəyişməyə məcbur edə bilməyib. İran yenidən çətin zamanları geridə
qoyacaq. İranlılar bir sıra çətinliklərə hazırdırlar, amma ABŞ-ın
hökmranlığını qəbul etməyə hazır deyillər”, – deyə o bildirib.
ABŞ İran hökumətinə təzyiqlərini davam
etdirəcək. Bunu jurnalistlərə açıqlamasında ABŞ
Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton
deyib.
“Biz ehtimal edirik ki, İran hakimiyyəti böyük təzyiq hiss edir.
Onlara çox güclü təzyiq etmək fikrindəyik. ABŞ sanksiyalar
rejiminin icra edilməsi üzərində nəzarətini gücləndirəcək”, – deyə
o bildirib.
Fələstin döyüşçüləri İsrailin cənubunda yerləşən ən
böyük şəhərləri - Aşdod və Beer-Şevanı raket atəşləri ilə
hədələyiblər. Bu haqda HƏMAS-ın hərbi qanadı olan
“İzzəddin al-Kassam Briqadası”nın mətbuat katibi Abu Ubeydinin
adından yayılmış bəyanatda deyilir.
Bildirilir ki, israillilər Qəzza sektorunda mülki binaları
bombalamağa davam edərsə, HƏMAS raket atəşlərini İsrailin cənubunda
yerləşən ən böyük şəhərlərə keçirəcək.
Noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor
Liberman istefaya getdiyini bəyan edib. Liberman bu
haqda xüsusi mətbuat konfransında deyib.
Onun istefa qərarı Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı
döyüş hərəkətlərinin dayandırılması ilə razılaşmamasıyla
bağlıdır.
“Bizim evimiz İsrail” partiyasının liderinin istefa verməsi baş
nazir Benyamin Netanyahu hökumətini parlament əksəriyyətinin
dəstəyindən məhrum etmir, amma İsraili idarə edən koalisiyaya
məxsus mandat sayını 120 yerlik Knessetdə 61 mandata qədər azaldır.
Bu isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını
yüksəldir.
Xatırladaq ki, noyabrın 13-də Qəzza bölgəsində atəşkəs elan
edilib. Aviqdor Liberman bu qərara qarşı çıxaraq HƏMAS-a sərt
zərbəni vurmağa çağırıb.
İstefa verən İsrailin müdafiə naziri Aviqdor Liberman
tezliklə ölkədə növbədənkənar parlament seçkisi keçirilməsinə
çağırış edib. O, seçkinin keçirilməsi üçün konkret tarixin
müəyyən edilməsi gərəkdiyini bildirib.
Liberman həmçinin partiyasının hakim koalisiyasından da
çıxdığını deyib.
Netanyahunun HƏMAS-la qeyri-rəsmi atəşkəsi qəbul
etməsi terrorizm qarşısında kapitulyasiyadır. Bunu
jurnalistlərə açıqlamasında İsrailin iki gün öncə istefa verən
müdafiə naziri Aviqdor Liberman deyib. O, atəşkəsin yerinə Qəzza
sektoruna aviazərbələr endirilməsi gərəkdiyini bildirib.
ABŞ HƏMAS-ın Siyasi Bürosunun üzvü, İzzəddin əl
Qəssam briqadasının lideri Saleh Aruri, Hizbullah liderləri Yusif
Mahmud Xarba və Haytam Əli Tabatabai haqqında veriləcək hər hansı
informasiyaya görə 5 milyon dollar mükafat təyin
edib. Məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Vaşinqtonun iddiasına görə, Aruri HƏMAS-ın İordan çayının qərb
sahilindəki fəaliyyətlərini maliyyələşdirib və hərbi
əməliyyatlarına rəhbərlik edib.
Yusif Mahmud Xarba Hizbullah lideri Həsən Nəsrullahın
müşaviridir. Amerikalıların fikrincə, o, Hizbullahın Fələstindəki
və bir sıra Yaxın Şərq ölkələrindəki hərbi əməliyyatlarına nəzarət
edib.
Tabatabai isə Hizbullahın hərbi liderlərindən biri sayılır. Belə
ki, o, təşkilatınn Suriya və Yəməndəki xüsusi təyinatlılarına
rəhbərlik edib.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Avropanı ABŞ və Çinə bənzər imperiya etmək vaxtı
çatıb. Bunu Almaniyanın “Handelsblatt” qəzetinə
müsahibəsində Fransa Maliyyə naziri Bruno Le Meyr deyib. Onun
sözlərinə görə, bu imperiya hüquqi dövlət prinsiplərinə əsaslanan
sülhsevər ölkə olmalıdır.
O, Avropa Birliyinin ABŞ-ın İrana sanksiyalarından qorunması
gərəkdiyini bildirib.
Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü
ildönümü ilə əlaqədar Fransanın paytaxtı Parisdə keçirilən
tədbirlərdə iştirak edən ABŞ prezidenti Donald Tramp ölkəsinə
qayıtdıqdan sonra sosial şəbəkə üzərindən digər ölkələri təhdid
edib.
Amerika lideri ABŞ-ın başqa ölkələrin müdafiəsi üçün yüz
milyardlarla dollar xərclədiyini bildirib.
Tramp bütün dünyanı TƏHDİD ETDİ: ABŞ-a pul ödəyin, ya da...
Rusiyanın əsl maliyyə təcridi başlandı: əgər qanuni
mənşəyi sübut edilmirsə, hesablar bloklanır, qərb şirkətləri və
bankları kredit xətlərini bağlayır. Böyük investisiyalar bloklanır.
Qərblə ticarət üçün yaradılmış alətlər tədricən məhv
edilir. Bunu Rusiyanın müxalifət siyasətçisi
Konstantin Borovoy “Obozrevatel” nəşrinə bildirib.
Onun sözlərinə Rusiyanın özündə çox ciddi proseslər başlanıb,
Qafqaz qaynayır, Uzaq Şərq hakimiyyətin sərt xarakterinə reaksiya
verir.
“Hakimiyyətin saxlanılması üçün bu vəziyyətdə ən ağıllı hərəkət
geri çəkilməyə başlamaq olardı. Amma Putin, özü düşünür ki,
hakimiyyətin saxlanılması üçün geri çəkilmək olmaz. Deməli, o,
dövlətin dağılmasını yaxınlaşdırır. Əgər bu, on il əvvəl cəfəngiyat
görünürdüsə, indi Rusiyanın hissələrə ayrılması məsələləri açıq
müzakirə edilir”, - siyasətçi əlavə edib.
Qərb Balkan regionunu inadla Rusiyaya qarşı daha bir
müharibə meydanına çevirmək cəhdlərinə təşəbbüs edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Serb
teleqrafı” qəzetinə müsahibəsində bildirib.
Rusiyaya qarşı YENİ MÜHARİBƏ MEYDANI: Lavrov Qərbin planlarını açdı
Birləşmiş Ştatlarda “Şimal axını-2” layihəsinin
reallaşdırılmasına maneə olmaq üçün alətlər var. Bu
haqda ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlend
bildirib.
Sondlend hesab edir ki, “Şimal axını-2” geosiyasi layihədir və
Avropanı, deməli, ABŞ-ı zəif vəziyyətə qoyur.
ABŞ Avropanı HƏDƏLƏDİ: Tramp da bütün alətlərdən istifadə etməyib
ABŞ NATO-nu zəiflədən istənilən addıma
qarşıdır. Bunu Avropa ordusunun yaradılması ideyasını
şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert
deyib.
“Bu, NATO, ABŞ hökuməti və digər bir çox dövlətlər üçün çox
vacibdir. Biz hesab edirik ki, heç bir səbəb NATO-nu öz fəaliyyət
prinsiplərindən uzaqlaşdırmamalıdır. NATO dayanıqlı təşkilatdır.
ABŞ və digər dövlətlər uzun illərdir onu dəstəkləyiblər, ona görə
də zəifləməyini istəmirik.
Bizim fikrimizcə, NATO bütün üzvlərinin üzərinə böyük məsuliyyət
götürəcəyi halda güclü olacaq”, – deyə o bildirib.
Amerika ordusu bir neçə il ərzində yüksəldilmiş gücü
olan lazer silahları alacaq. Bu haqda ABŞ-ın müdafiə
nazirinin müavini Maykl Qriffin Vaşinqtonda Strateji və Beynəlxalq
Tədqiqatlar Mərkəzində çıxışı zamanı bildirib.
Qriffin vurğulayıb ki, belə silahın yaradılması ABŞ-dan indiki
vəziyyətlə müqayisədə maliyyə xərclərini 3-4 dəfə artırılmasını
tələb edəcək. Onun sözlərinə görə, Amerika hərbçiləri həmçinin,
potensial rəqibin pilotsuz təyyarələrini sıradan çıxarmağa imkan
verən hərbi texnikanın yaradılması üçün güclü mikrodalğalı şüadan
istifadə etmək niyyətindədir.
ABŞ-ın son 20 il ərzində hərbi əməliyyatların
aparılmasına xərclədiyi vəsait açıqlanıb.
ABŞ-ın müharibələrə sərf etdiyi pul - AĞLASIĞMAZ RƏQƏM
Rusiyanın Liberal Demokrat Partiyasının lideri
Vladimir Jirinovski Moskvanın alınması üçün Kiyevin blitskriq
(ildırımsürətli müharibə) başlatmalı olduğunu bildirən Ukrayna Ali
Radasının sabiq deputatı və keçmiş prezident Viktor Yanukoviçin
seçki qərargahının rəhbəri Taras Çernovola cavab
verib. Siyasətçi sabiq deputata bunu edərkən artıq
belə təcrübəyə malik olan Almaniya ilə məsləhətləşməyi təklif
edib.
İldırımsürətli müharibə iki həftəyə başa çatacaq: Rusiyada DAĞIDICI SSENARİNİ AÇIQLADILAR
Kosmik güclərin yaradılması ABŞ-a 5-10 milyard
dollara başa gələ bilər. Bu haqda ABŞ-ın müdafiə
nazirinin müavini Patrik Şenaxan bildirib.
Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp silahlı
qüvvələrin yeni növü kimi kosmik güclərin yaradılması barədə
sərəncam verib.
Pentaqon kosmik qoşunların qiymətini açıqladı
Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti
Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya
qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının
yerləşdirilməyəcəyinə dair söz verib. Bu haqda yapon
hökumətindəki mənbələrə istinadən “Asahi” nəşri bildirib.
Putinə SÖZ VERDİLƏR: bu ərazilər qaytarılarsa...
Ukrayna
Ukraynanın şərqində yaradılan “Luqansk Xalq
Respublikası” separatçı rejimin başçısı vəzifəsinə keçirilən
“seçkilər”də Leonid Paseçnik qalib gəlib. Paseçnik
seçicilərin 68,3 faiz səsini yığıb.
“Respublikanın başçısı”nın postuna dörd namizəd iddia
edirdi.
“Donetsk Xalq Respublikası” separatçı qurumun başçısı postuna
keçirilən “seçkilər”də isə Denis Puşilin seçicilərin 60,9 faiz
səsini toplayaraq qalib gəlib.
Qeyd edək ki, “seçkilər” noyabrın 11-də keçirilib. Kiyev
“seçkilər”i tanımadığını açıqlayıb. Kremldən isə bildiriblər ki,
proses Minsk razılaşmalarına zidd deyil.
Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən
gərginləşib. Birləşmiş güclərin əməliyyat mərkəzinin
mətbuat xidmətindən verilən məlumata görə, döyüş əməliyyatları
nəticəsində 3 separatçı öldürülüb, 3-ü yaralanıb.
Bir Ukrayna hərbçisinin isə yaralandığı bildirilir.
Kremldə müəyyən ümidlər var ki, Ukraynada prezident
seçkilərindən (2019-cu ilin may ayında keçirilməsi –red.) sonra
ciddi siyasi dəyişikliklər olacaq və buna görə də Rusiya ən yaxın
yarım ildə heç bir hərbi hərəkətə təşəbbüs etməyəcək.
Bu fikri Rusiya hərbi müşahidəçisi Pavel Felqenqauer “Apostrof”
nəşrinə müsahibəsində söyləyib.
Putin Ukraynanı bu yolla tutmaq niyyətindədir - Kremlin SSENARİSİ
Koreya böhranı
Şimali Koreyanın 20-yə yaxın gizli raket bazasından
13-ünün yeri təsbit edilib. Bu barədə Strateji və
Beynəlxalq Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan hesabatda
deyilir. Mərkəz kommersiya peyk görüntülərindən istifadə edərək,
Şimali Koreyada raket və digər texnologiyaların istehsalında
istifadə olunan 13 gizli obyektin yerini müəyyən edib.