Misirdə 3 min il yaşı olan hamilə qadın məzarı tapılıb -

Misirdə arxeoloqlar 3 min il 700 yaşı olan qadın məzarı tapıblar.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, "National Geographic"də yer alan xəbərə görə, arxeoloqlar hamilə olaraq basdırılmış qadın skeleti və qarın boşluğunda başı aşağı vəziyyətdə duran dölün qalıntılarına rast gəliblər.

Qadına məxsus olan skeletin eramızdan əvvəl 1750-1550-ci ilə aid olduğu bildirilib.

Araşdırmaçılar bildirib ki, ana və körpəsi doğuş zamanı ölüb. Tapılan qalıntılar antik dövrlərdə hamiləlikdə ana ölümləri ilə bağlı ciddi problemləri ortaya qoyub.

Florida Universitetinin professoru Sandra Veeler jurnalistlərə açıqlamasında qadının bətnindəki dölün kəşfinin son dərəcə nadir vəziyyət olduğunu dilə gətirib.

Aysel Yaqubqızı / Metbuat.az

NASA 18 il əvvəl qopan və okeanda dolaşan aysberqin görüntüsünü yayımladı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR