İki il əvvəl verilən SÖZ, Dağlıq Qarabağda müharibə BAŞLAYACAQSA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
30 baxış·4 dəq oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. İran
prezidenti Həsən Ruhani ölkəsinin neft ixracını davam etdirəcəyini
açıqlayıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə
komitəsinin sədr postu uğrunda mübarizə qızışır. Ukraynanın NATO
Parlament Assambleyasındakı daimi nümayəndə heyəti Rusiyanın islam
terror təşkilatları ilə əlaqəsi haqqında məruzəni təqdim edib.
Fransa prezidenti Emmanuel Makron növbəti səs-küy gətirəcək
bəyanatla çıxış edib.
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenko ilə təkbətək görüşü olub.
Lukaşenkodan İlham Əliyevə: Sizi əmin etmək istəyirəm ki... (YENİLƏNDİ)
Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan
sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı
ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi
olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış
ediblər.
“Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və
hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu
prosesə qarışmayacaq”. Bu barədə rusiyalı hərbi
ekspert Aleksandr Xramçik deyib.
Azərbaycan təyyarələri Qarabağda... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ
Türkiyəyə səfər edən Rusiya prezidenti Vladimir
Putinlə prezident Rəcəb Tayyip Ərdoğan görüşüb.
Putinlə Ərdoğan “Türk axını” layihəsinin dəniz hissəsinin
tamamlanması mərasimində iştirak ediblər.
Ərdoğanla Putin İstanbulda dünyaya MEYDAN OXUDU
Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü
an, sonrası və əvvəlinə aid səs yazıları bu gündən etibarən dərc
olunmağa başlanılacaq. Bu haqda Türkiyənin “Yeni
Şəfəq” nəşrində siyasi şərhçi, yazar İbrahim Karagül yazıb.
Onun sözlərinə görə, bu vəhşi cinayətin törədilməsi, təşkil
edilməsi, hazırlanması və təlimatın verilməsi ilə bağlı beynəlxalq
müzakirələr “yeni sübutlar”ın ortaya qoyulmasını zəruri edib.
Bu gün bütün dünya silkələnəcək, SARAY ALT-ÜST OLACAQ: Türkiyəyə qarşı XAİN PLAN İFŞA EDİLİR
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla
əlaqədar İranın bu ölkəyə xalça ixracı tamamilə
dayandı. Bu haqda İran Əl Toxuma Xalça Kooperativ
Dərnəyinin başçısı Abdullahi Behrami bildirib.
“Xalça ixracatının 35 faizini ABŞ-a həyata keçirirdik.
Sanksiyalar səbəbiylə 6 noyabr tarixindən sonra bu ölkəyə xalça
ixrac edə bilmədik”, - o deyib.
ABŞ bazarını itirdiklərini deyən dərnək rəhbəri Rusiya, Çin və
Cənubi Afrika bazarları ilə bu itkini doldurmağa çalışacaqlarını
söyləyib.
İran Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatlarına görə, 2
milyon 500 min adamın çalışdığı bu sektorda ildə 400 ton əl xalçası
toxunur və bunun 80 faizi dünyanın müxtəlif ölkələrinə ixrac
edilir. ABŞ-a isə təxminən 120 milyon dollarlıq malın ixrac
edildiyi bildirilir.
İran neft ixracına davam edəcək və ABŞ-ın iqtisadi
müharibəsinə müqavimət göstərəcək. Bunu İran
prezidenti Həsən Ruhani Xoy şəhərində etdiyi və dövlət televiziyası
ilə canlı yayımlanan çıxışında bildirib.
İran prezidentinin sözlərinə görə, ABŞ-ın İrana qarşı
sanksiyaları Tehrana qarşı aparılan psixoloji müharibənin bir
hissəsidir.
“Amerika Yəməndən İraqa qədər bölgədəki uğursuzluqlarına görə
bizi günahlandırır. İrana qarşı aparılan psixoloji müharibənin bir
parçası olan təzyiqə boyun əyməyəcəyik. Neft ixracımızı dayandıra
bilmədilər. Neft ixrac etməyə davam edəcəyik”, - prezident
deyib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə
komitəsinin sədr postu uğrunda mübarizə qızışır.
Komitə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın
impiçmenti, həmçinin yeni araşdırma dalğasını başlada bilər.
İki il əvvəl söz verilən MÜHARİBƏNİ O BAŞLADACAQ: Tramp üçün ən pis SSENARİ
Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə
müqavimət göstərmək üçün güclü olmalıdır. Bunu Fransa
prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.
"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın
xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha
güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.
Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq
olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu
oynaya bilməz".
Polşa baş nazirinin “Şimal axını 2” ilə bağlı
bəyanatı çox uğursuzdur. Bunu jurnalistlərə
açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
deyib.
Onun sözlərinə görə, bu layihə Avropa üçün faydalıdır.
“Bu, uğursuz bəyanatdır. “Şimal axını 2” sərfəli və iqtisadi
əsaslandırılmış layihədir. O, iqtisadi baxımdan təkcə tədarükçü
üçün yox, həm də Avropada bu qazı alanlar, xüsusilə də Almaniya
üçün sərfəlidir”.
Qeyd edək ki, bundan öncə Polşa Baş naziri Mateuş Moravetski
Rusiyanın “Şimal axını 2” layihəsini hazır edən kimi Ukraynaya
hücum edəcəyini bəyan edib.
Ukraynanın NATO Parlament Assambleyasındakı daimi
nümayəndə heyəti Rusiyanın islam terror təşkilatları ilə əlaqəsi
haqqında məruzəni təqdim edib. Bu haqda nümayəndə
heyətinin sədri İrina Friz iclasın nəticəsinə görə danışıb.
“Hələ Andropovun DTK-nin rəhbəri olduğu illərdə...” – Rusiya haqda ŞOK FAKTLAR AÇILDI