Rəhman Hacıyev "Neftçi"də!

Rəhman Hacıyev "Neftçi"də!
15:22 13 Yanvar 2015
228 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı” ilə yollarını ayıran Rəhman Hacıyevin yeni klubu məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc hücumçunun karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.
  
“Bakı”ya öz cibindən müəyyən təzminat ödəyərək transfer vərəqəsini alan gənclər millimizin sabiq üzvü “Neftçi” ilə artıq anlaşıb. 22 yaşlı oyunçu paytaxt klubu ilə 3 illik müqaviləyə qol çəkib. O, bu həftə Antalyaya yollanaraq, yeni komandasının düşərgəsinə qoşulacaq. Bu məlumatı əməkdaşımızla söhbətində Hacıyev özü də təsdiqləyib.
  
Qeyd edək ki, Rəhman Hacıyev cari mövsümün ilk dövrəsini Türkiyənin “Qaziantep BB” klubunda keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR