Futbolçu oyundan sonra hakim olmaq istəyən 19 yaşlı qıza sevgili olmağı təklif etdi - FOTO

Rusiyada hakimlik edən 19 yaşlı Tanya Zabrodina oyun zamanı başına gələn çətinliklərlə bağlı danışıb.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, Rusiya 3-cü Liqasında oyunları idarə edən gənc xanım ölkəsinin mətbuatına açıqlama verib.

Tanya Zabrodinanın gözündə qadın hakim olmaq:

"Futbolu hər zaman sevdim"

Futbolu həmişə sevmişəm. Məktəbdə uşaqlarla bir yerdə futbol oynayırdım. Daha sonra işə ciddi yanaşmağa başladım. 13 yaşımdan bəri bu işi professional şəkildə görürəm. Messinin heyranıyam. Atam televizorda onun matçlarına baxanda tez yanına gedirəm.

"Qızlar üçün deyil dedilər"

Öncə futbolçu oldum. Ailəm zədələnməyimdən qorxurdu. Futbolun qızlar üçün olmadığını deyirdilər. Dostlarım da eyni şeyi düşünürdülər. Amma futbol mənim alışqanlığımdır. Onlar bu alışqanlığın məni ağuşuna almasından qorxurdular.

"Bunu hər qız edə bilər"

FİFA-nın hakim seminarlarına qatıldım. Bunu hər qız edə bilər. Hakim olmağınız üçün öncə içinizdə ruh olmağı lazımdır. 2016-cı ildən hakimlik edirəm. Hələ bu işdə yeniyəm. Təyinatımı 3-cü liqaya verirlər. Hələ ki daha yüksək liqalarda oyun idarə etməyimə icazə vermirlər.

"Bizim oyunumuzu bu qız idarə edəcək?"

Eyni zamanda universitetdə Reklam və İctimai Əlaqələr fakültəsində oxuyuram. İki işi bir yerdə görə bilirəm. Oyunlardan əvvəl kişilər "Bizim oyunumuzu bu hakim idarə edəcək?" deyə soruşurlar. Matç başladıqdan 5 dəqiqə sonra vəziyyətə öyrəşirlər.

"Evinə get, yemək bişir" deyirlər"

Kişilərin mənə bir neçə dəfə pis sözlər dediyini eşitmişəm. Çox vaxt bu təpkilər futbolçulardan yox, azarkeşlərdən gəlir. Mənə "evinə get, yemək bişir" deyə qışqırırlar. Amma oyun vaxtı olan hisslərinə görə belə deyirlər. Buna əminəm.

"Bir nəfər oyundan sonra sevgili olmaq təklif etdi"

Zatən belə şeylərə öyrəşməliyəm. Mən hakiməm. Əgər özümü idarə edə bilmirəmsə, oyunu necə idarə edəcəyəm? Bir dəfə belə hadisə oldu, futbolçu tez-tez mənə gözəl sözlər deyirdi. İlk dəfə deyəndə güldüm, o da davam etdi. 90 dəqiqə ərzində mənə iltifatlar etdi. Matç bitdikdən sonra isə məni çölə çıxmağa dəvət etdi. Mən də təbii ki, "yox" dedim".

"Maliyyəni düşünmürəm"

Tənhayam, sevgilim yoxdur. Amma zatən münasibətlərdə o qədər də yaxşı deyiləm. Hakimliyi də pul üçün etmirəm. Maliyyə cəhətdən düşünsəydim, bu işi görə bilməzdim.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR